• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1821
— 25.11.2023 19:40

Müdafiə Nazirliyinin rəhbərliyi rabitə bölmələrindən birində olub

KepezTV Player

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və müdafiə nazirinin müavini - Baş direktor cənab Aqil Qurbanov Müdafiə Nazirliyinin Rabitə, İnformasiya Texnologiyaları və Kibertəhlükəsizlik Baş İdarəsinin tabeliyindəki hərbi hissələrdən birində olublar. Azərbaycan Ordusunda dayanıqlı rabitənin təşkili və qoşunların gizli idarə edilməsi üçün nəzərdə tutulmuş müasir tələblərə cavab verən müxtəlif rabitə vasitələri və texnika nümunələri təqdim olunub. Baş Qərargah rəisi bölmələrdə informasiya texnologiyalarının daha da təkmilləşdirilməsinə dair aidiyyəti şəxslərə müvafiq tapşırıqlar verib.