Belarus Baş Prokurorluğu tərəfindən Azərbaycan vətəndaşı Əlzamin Mustafayevin ekstradisiyası haqqında qərar qəbul olunub. Bu barədə Baş Prokurorluqdan məlumat verilib. Cəlilabad rayon prokurorluğunda ibtidai istintaqı aparılan cinayət işi üzrə Əlzamin Mustafayevin qabaqcadan əlbir olan bir qrup şəxs halında xeyli miqdarda ziyan vurmaqla mənimsəmə cinayətini törətməsinə şübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə beynəlxalq axtarışa verilib. Mustafayev Belarusda saxlanılaraq Azərbaycana gətirilib.
- Baxış: 213