• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1442
— 25.11.2023 15:58

Abşeronda təcili yardım maşınının iştirakı ilə qəza baş verib

KepezTV Player

Abşeron rayonu Xırdalan şəhərində təcili tibbi yardım avtomobilinin iştirakı ilə yol qəzası baş verib. Şəhər ərazisindəki işıqforun qarşısında “Hunday” markalı minik avtomobili ilə “Fiat” markalı operativ nəqliyyat vasitəsi toqquşub. Zərbənin təsirindən təcili tibi yardım avtomobili aşıb. Hadisə nəticəsində bir nəfərin xəsarət aldığı bildirilir.