• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2131
— 25.11.2023 13:30

İsrail Qəzzada qalan girovların sayını açıqlayıb

KepezTV Player

İsrail Qəzza zolağında HƏMAS tərəfindən saxlanılan girovların qaytarılmasının birinci mərhələsini başa çatdırıb. Qəzza zolağında 215 girov qalıb. Bu barədə İsrail Müdafiə Ordusundan bildirilib. Ötən sutka ərzində Qəzza zolağına humanitar yardım aparan ümumilikdə 200 yük maşını daxil olub. İsrailin Xarici İşlər Nazirliyi HƏMAS əsirliyindən azad olmuş xarici girovların reabilitasiyası üçün xüsusi proqram başladıb. Noyabrın 24-də 4 günlük humanitar atəşkəslə bağlı razılaşmanın şərtlərinə görə, İsrail hər girov üçün üç fələstinli məhbusu qaytaracaq.