• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2119
— 25.11.2023 12:18

Kəlbəcərdə 6 SES yenidən qurularaq istismara verilib

KepezTV Player

Azad edilmiş ərazilərin “yaşıl enerji” zonasına çevrilməsi ilə bağlı strategiyasına uyğun olaraq, Kəlbəcərdə bu günə kimi “AzərEnerji” 6 yerdə kiçik su elektrik stansiyası yenidən quraraq istismara verib. Hazırda rayonda 4 yerdə kiçik SES-lərin tikintisi aparılır. “Aşağı Vəng”, “Yuxarı Vəng”, “Nadirxanlı” və “Zar” adlanacaq stansiyaların 2024-cü ildə istismara verilməsi planlaşdırılıb.