Bu gün - noyabrın 25-i Kəlbəcər Şəhəri Günüdür. Prezident İlham Əliyevin bu il iyulun 31-də imzaladığı sərəncama əsasən, Kəlbəcər Şəhəri Günü ilk dəfədir qeyd olunur. Kəlbəcər rayonunun işğaldan azad edilməsindən 3 il ötür. 44 günlük Vətən Müharibəsi nəticəsində Ermənistan kapitulyasiya aktı imzalamaq və ərazilərini tərk etmək məcburiyyətində qalıb. Azərbaycan və Rusiya prezidentləri və Ermənistan baş nazirinin imzaladığı üçtərəfli Bəyannaməyə uyğun olaraq, Ermənistan Silahlı Qüvvələri noyabrın 25-də Kəlbəcər rayonunu tərk edib. Bununla da Kəlbəcər şəhəri də daxil olmaqla 147 yaşayış məntəqəsi işğaldan azad edilib. Vətən müharibəsinin elə ilk günlərində Azərbaycan ordusunun Kəlbəcərin strateji yüksəkliklərini işğaldan azad etməsi ermənilərin nəqliyyat-kommunikasiya infrastrukturunu nəzarətdə saxlamağa imkan verdi. Azərbaycan ordusunun şanlı qələbəsi nəticəsində işğaldan azad etdiyi digər ərazilər kimi, Kəlbəcərə də həyat qayıdır.
- Baxış: 154