Gəncədə fontanların əsaslı təmirinə ilin əvvəlindən başlanılıb. Görülən işlər çərivəsində Cavadxan küçəsində 2, eləcə də eyni sayda fontan Xan bağında təmami ilə yenilənib. Fəvvarələrin sulama, işıqlandırma və motor sistemləri dəyişdirilib. Görünüşləri fərqli dizayna salınıb.
Teymur Kərimov- Fəvvarələrə Nəzarət və Qulluq şöbəsinin rəisi: “Cavadxan küçəsində 2 fontanımız əsaslı təmirə dayanmışdı. Hazırda fontanımızda işlər başa çatıb, işləyir. Bu fəvvarənin görnüşünə ulduzlar əvəz olunub. Göbələklər götürülüb, layihə tamamilə dəyişib. Həmçinin sistemdə tamamilə dəyişərək yeni görkəmə salınıbdır. Yeni dizayınla işləyir”.
Mehriban Namazova- sakin: “Şəhərdə müasirlik, abadlaşma işləri aparılırsa, bu, əhalinin sağlamlığına xeyirdir. Həm də əhalidə əhval-ruhiyyəni yaxşı göstərir. İnsanların əyləncəsi üçün çox yaxşıdır. Valideynlər uşaqları gəzməyə çıxarırlar. Xaricdən gələn vətəndaşlar da baxır, fontanların yanında şəkil çəkdirir”.
Elsəvər Muradov- sakin: “Fontanlar yaxşıdır, çünki fontansız şəhər mən deyərdim ki, şəhər sayılmır. Şəhər fontanları ilə sayılır. Sudur də, aydınlıqdır”.
Yusif Axundov- sakin: “Fontanlar işləyəndə mən səhər də, axşam da gəlirəm, onun ətrafında uşaqların səsi adama sevinc bəxş edir, əhali razı qalır”.
Daha 2 fəvvarə isə şəhərin baş meydanında yenidən qurulur. Ulu öndər Heydər Əliyevin heykəlinin ətrafında və böyük monitorun qarşısında olan fontanların işıqlandırılması yenilənir, görnüşü dəyişdirilir, suyun musiqi ritminə uyğun olaraq hərəkəti təmin edilir. Eləcə də fontanlar üçün ayrıca nasosxanalar yaradılır və idarəetmə proqramı hazırlanır.
Layihəyə görə şəhərin mərkəzində olan bu fontanlar özəlliyi ilə seçiləcəkdir. Fontanın içərisində milli gerbimizin görüntüsü əks olunacaqdır. Bu yolla hərəkət edən vətəndaşlar fontandan axan suların altından keçəcəkdir. Heydər Əliyev meydanındakı monitorun qarşısındakı fontan işə salınarkən isə su ay-ulduz effekti yaradacaq.
Zaur İsmayılov- nəzarətçi: “Müasir tələblərə uyğun fontanlar yığılır və musiqili fontan olacaqdır. Buradakı fontanlar analoqu olmayan fontanlar olacaqdır. Materiallar isə Çindən, Macarıstandan gətirilir və keyfiyyətli materiallarla iş görülür”.
Fontanların gələn ilin ortalarına kimi hazır olması nəzərdə tutulur.
Elnur Vahidoğlu
- Baxış: 284