KepezTV Player
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 24-də Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevlə görüşüb. Görüşdə ölkələrimiz arasında əlaqələrin hərtərəfli dinamik inkişafından məmnunluq ifadə olunub, dövlət başçılarının qarşılıqlı səfərlərinin əhəmiyyəti qeyd edilib. İqtisadi-ticari əlaqələrin müxtəlif sahələrdə, həmçinin yeni əməkdaşlıq istiqamətlərində genişləndirilməsi ilə bağlı konkret layihələr müzakirə olunub. Söhbət zamanı beynəlxalq təşkilatlar çərçivəsində, eləcə də mədəni və humanitar sahələrdə əməkdaşlıq məsələləri qeyd edilib.
- Baxış: 137