• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 797
— 24.11.2023 16:00

Daha 25 ailə Füzuliyə qayıtdı

KepezTV Player

İşğaldan azad olunan Füzuli rayonuna sakinlərin qaydışı davam edir. Səhər saatlarında növbəti köç karvanı ilə Bakıdan yola salınan 25 ailə Füzuliyə çatıb. 72 nəfər Füzuli sakini doğma yurduna qovuşub. Bu ailələr yeni tikilən evlərdə məskunlaşacaqlar. Bununla da Füzulidə 283 ailə, yəni 1 000 nəfərin daimi məskunlaşması təmin edilib.