Türkiyənin qurucusu Mustafa Kamal Atatürkün “Baş müəllim” adını aldığı 24 noyabr tarixi Gəncədə də bayram edilib. 1981-ci ildən bəri Türkiyədə Müəllimlər Günü olaraq qeyd edilən bu tarixi gün münasibətilə qardaş ölkənin Gəncədəki Baş konsulluğunda tədbir təşkil olunub. Mustafa Kamal Atatürkün “Ögretmenler! Yeni nəsil sizlərin əsəriniz olacaq” müraciəti iştirakçıların diqqətinə çatdırılıb. Hər iki ölkənin ortaq təhsil sahəsində əməkdaşlığının daha da güclənməsi, əlaqələrin möhkəmlənməsindəki uğurlu fəaliyyətlərindən söz açılıb. Müəllimlər Günü münasibətilə hazırlanmış videoçarxa baxış keçirilib. Sonda təhsilin inkişafına və keyfiyyətinin artırılmasına dəyərli töhfə verən müəllimlər təşəkkürnamələrlə təltifləndirilib.
Recep Öztop- Türkiyənin Gəncədəki Baş konsulu: “24 noyabrı Müəllimlər Günü kimi qeyd edirik. Əlbəttə, biz bu bayramları Türkiyədə olduğu kimi, həm də xarici nümayəndəliklərimizdə müəllimlərimizlə birlikdə keçiririk. Müəllimlərimizlə deyərkən, təkcə Türkiyədəki müəllimlərimizi deyil, Azərbaycanda da nəzərdə tuturuq. Çünki bütün müəllimlərimiz bu müqəddəs xidmətləri yerinə yetirirlər və biz də bu əlamətdar gündə burada - Baş Konsulluğumuzda, Gəncədəki hörmətli müəllimlərimizlə görüşürük”.
Pərvin Abbaszadə
- Baxış: 218