• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1283
— 23.11.2023 10:14

İdman zamanı aldığımız zədələr

İdman, sağlamlığımız üçün ən vacib amillərdən biridir. Ancaq bəzən idman zamanı hərəkətləri düzgün yerinə yetirmədikdə, gözləmədiyimiz xəsarətlər alırıq. Təhlükələrdən özümüzü qorumaq üçün hansı addımları atmalıyıq?

Rəşid Əliyarov- məşqçi: “Ümumiyyətlə güc idman növlərinin hər birində zədə almaq riski yüksəkdir. Əsas amillərdən biri də, düzgün isinmədən məşqə başlamaqdır. İstər köhnənin idmançısı olsun, istər yeni gələn. Ən çox yeni gələn idmançılarda, əsasən də uşaqlarda olur. Böyüklərə baxıb, ağır çəkilərə girişmək istəyirlər. Bel, onurğa, çiyin ən çox riskli nahiyələrdən biridir. Çalışdığınız qədər düzgün isinin, sonra məşqə girin. Özünüzü zədələrdən goruyun”.

Peşəkar və həvəskar idmançıları birləşdirən bir məqam var: zədə.

Bəzən bu zədələr idmançı karyerasına son qoya, hobbi kimi bu sahə ilə məşğul olanları isə uzaqlaşdıra bilər. Müşahidələr göstərir ki, peşəkar idmanla məşğul olanların yalnız 9 %-i il ərzində qırıqlarla üzləşir. Maraqlısı odur ki, qış aylarında zədələr digər fəsillərlə müqayisədə daha çox olur. İdman, çətin və mürəkkəb sahədir. İdmançı olmaq istəyən kəs bu yolun çox çətin olduğunu qəbul etməlidir. Məqsəd peşəkar idmana yönəlmək deyil, sadəcə, fiziki sağlamlığı qorumaqdırsa, o zaman istənilən növlə hobbi kimi məşğul olmaq olar. Təbii ki, burada fiziki yüklənmənin qarşısı alınmalı, sonra məşq strukturu, texnikası yerinə yetirilməlidir. İdman mütəxəssislərinin də təbirincə desək, idmanda zədələrdən qorunmaq tək idmançının yox, onun məşqçisinin, komandasının da işidir. Çünki məşqçinin düzgün qurduğu məşq prosesi, həkimin düzgün müalicəsi və profilaktika planı idmançını daha tez sağalda, onu peşəkar idmana daha tez adaptasiya edə bilər.

Rəşid Əliyarov- məşqçi: “Özüm indiyə qədər bir çox travmalar almışam. Düzgün isinmə olmadığını qəbul edirəm. İsinmə olanda da çoxlu zədələrim olub. Buna rəğmən, məşqimi davam etdirmişəm. Zədələr idmanda hər zaman olacaq, amma o demək deyil ki, idmanı dayandırmalısınız. İdman mədəniyyətdir, idman sağlamlıqdır”.

Günay Əsgərova

 

ƏTRAFLI...