Fövqəladə Hallar Nazirliyinin həyata keçirdiyi zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakının Binəqədi rayonunun Ziya Bünyadov prospektindəki inşaat materialları bazarındakı yanğın məhdudlaşdırılıb. Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini, daxili xidmət polkovniki Rza Xudiyev jurnalistlərə bildirib ki, dərhal hadisə yerinə cədvəl əsasında qüvvə göndərilib. İlkin çatan bölmə məlumat daxil olan andan 4 dəqiqə sonra hadisə yerinə çatıb, 2-ci saylı yüksək çağırış elan edib. 10 dəqiqədən sonra yanğının müxtəlif istiqamətlərə yayılması nəzərə alınaraq 3-cü çağırış elan olunub. Yanğının yayılma təhlükəsi yoxdur.
- Baxış: 206