• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 688
— 22.11.2023 20:08

Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib

KepezTV Player

Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Hissein Brahim Tahanı da qəbul edib. Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə göstərdiyi dəstəyə görə İslam Əməkdaşlıq Təşkilatına, İslam həmrəyliyinə görə təşkilatın üzv dövlətlərinə bir daha təşəkkürünü bildiən dövlətimizin başçısı Qarabağ münaqişəsinin artıq tarixdə qaldığını qeyd edib. Azərbaycanın da daim İslam həmrəyliyi prinsipinə sadiq olduğunu vurğulayan Prezident ölkəmizin quruma könüllü maliyyə ianələrini bundan sonra da davam etdirəcəyini diqqətə çatdırıb.