• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 844
— 22.11.2023 16:50

Prezident İlham Əliyev SPECA ölkələrinin sərgisinin açılışında iştirak edib

KepezTV Player

Prezident İlham Əliyev Bakı Ekspo Mərkəzində Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün BMT-nin Xüsusi Proqramı - SPECA həftəsi çərçivəsində Azərbaycanın xüsusi təşəbbüsü ilə keçirilən “SPECA Ölkələrinin Sərgisi: Dayanıqlı inkişaf üçün regional əməkdaşlıq” adlı sərginin açılışında iştirak edib. Prezident "Bizi birləşdirən dəyər" instalyasiyasının üzərindəki ağ örtüyünü götürməklə sərginin rəsmi açılışını eləyib. Sərginin Azərbaycan Milli Stendinin mərkəzində “Made in Azerbaijan” markası ilə istehsal olunan məhsullar nümayiş etdirilir. Müdafiə Sənayesi Nazirliyin müəssisələrində istehsal olunan müxtəlif növ atıcı silahlar, yaxın məsafəli döyüş vasitələri, minaatanlar, müxtəlif çaplı döyüş sursatları, pilotsuz uçuş aparatları və sair olmaqla 88 adda müdafiə təyinatlı məmulat da sərgilənir. Onlara yeni yaradılan “AH-12,7” iri çaplı pulemyot da daxildir. Sərginin sonunda sahibkarlar üçün biznes forumun keçirilməsi nəzərdə tutulur.