• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1051
— 22.11.2023 16:02

BQXK-nın nümayəndəsi saxlama yerlərinə başçəkmələrə yaratdığı şəraitə görə Azərbaycana minnətdarlıq edib

KepezTV Player

Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşları müntəzəm olaraq Azərbaycanda saxlanılan ermənilərə, həmçinin Ermənistanda saxlanılan azərbaycanlılara baş çəkirlər. Bunu Komitənin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Draqana Kojiç bildirib. O qeyd edib ki, başçəkmələr zamanı komitə əməkdaşları şəxslərin şəraiti, onlara rəftar, ailələri ilə əlaqə yaradılması üçün imkanlarla maraqlanırlar. Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndəsi saxlama yerlərinə başçəkmələrə yaratdığı şəraitə görə Azərbaycana minnətdarlıq edib.