• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1996
— 22.11.2023 15:01

Gəncədə dahi bəstəkara həsr edilən konfrans keçirilib

KepezTV Player

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Gəncədə “Fikrət Əmirovun əsərlərini ifa və təhlil edirik” adlı 8-ci Elmi-İfaçılıq konfransı keçirilib. Bakıdan Fikrət Əmirov adına 6 nömrəli İncəsənət Məktəbinin kollektivinin də qatıldığı konfransın bəstəkarın irsinin təbliğ olunmasında əhəmiyyəti vurğulanıb. Simfonik muğam janrının banisi olan Fikrət Əmirovun xalq musiqisi və muğam ənənələrini müasir musiqi texnikası ilə birləşdirdiyi qeyd edilib. Konfransda bəstəkarın ərsəyə gətirdiyi əsərlər səsləndirilib. Təqdim olunan konsert proqramında şagirdlərin ifasında Fikrət Əmirovun sevilən musiqilərləri ifa edilib. 

Adilə Yusifova- Bakı şəhər F.Əmirov adına 6 nömrəli incəsənət məktəbinin direktoru: “Bu şəhərin məktəblərinin müəllimləri də belə bir konfranslar keçirəcəklər. Çünki onlar bizim üçün çox vacibdir. Bilikli uşaq tərbiyə etmək üçün, onun biliklərini artırmaq üçün, elm və ifaçılıq çox sıx bağlıdır”.

Aidə Əmrahova- Gəncə şəhər F.Əmirov adına 1 nömrəli Uşaq Musiqi məktəbinin direktoru: “Düşüncələrimiz belədir ki, gələn illərdə də bu konfransı davam etdirək. Bu uşaqların da, müəllimlərin də inkişafına böyük təkan verəcəkdir”.

Elnur Rzayev