KepezTV Player
Beynəlxalq qurumlara və məhkəmələrə işğaldan azad olunan ərazilərdə aşkarlanan kütləvi məzarlıqlarla bağlı hesabatlar təqdim olunacaq. Məzarlıqlardan tapılan insan qalıqları üzərində işgəncə faktlarına rast gəlinir. Bunu Ombudsman Səbinə Əliyeva deyib. O, qeyd edib ki, bu günə qədər təsisat tərəfindən 18 beynəlxalq meyara cavab verən hesabatlar beynəlxalq qurumlara və məhkəmələrə təqdim olunub. Növbəti belə hesabat məhz ümumi aşkar olunan kütləvi məzarlıqlar barədə olacaq.
- Baxış: 143