• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 923
— 22.11.2023 09:23

Qoşulmama Hərəkatının konfransında Bakı Bəyannaməsi qəbul edilib

KepezTV Player

Qoşulmama Hərəkatının hazırkı sədri qismində Azərbaycanın, təsisatın növbəti sədrləri kimi Uqanda və Özbəkistanın birgə təşkilatçılığı ilə Bakıda keçirilən qadınların hüquqları mövzusunda beynəlxalq konfransın yekun Bəyannaməsi qəbul olunub. Bəyannamədə də qeyd edildiyi kimi, Azərbaycanın təşəbbüsü ilə Qoşulmama Hərəkatının çətiri altında daha bir qurum –Qadınlar Platformasının yaradılması qərara alınıb. Bu, Azərbaycanın Hərəkatın fəaliyyətinin daha da təkmilləşdirilməsinə növbəti töhfəsidir.