• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 801
— 21.11.2023 15:49

Humanitar yardımın ikinci hissəsi Ukraynaya yola salınıb

KepezTV Player

Elektrik avadanlıqlarından ibarət humanitar yardımın ikinci hissəsi Ukraynaya göndərilib. Bu barədə Energetika Nazirliyindən bildirilib. Yükə elektrik kabelləri və naqilləri, transformator və komplekt transformator məntəqələri daxildir. Yardımı daşıyan 23 TIR-dan ibarət yük avtomobili karvanı bu gün Sumqayıtdan yola salınıb. Ölkə başçısının Sərəncamı ilə Ukrayna xalqına humanitar yardım göstərilməsi üçün nəzərdə tutulan elektrik avadanlıqlarının ümumi dəyəri 7.6 milyon ABŞ dollarıdır.  Yardımın növbəti hissələri yaxın günlərdə göndəriləcək.