• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 935
— 21.11.2023 11:58

Ulu Öndərin siyasi irsindən danışılıb

KepezTV Player

Yeni Azərbaycan Partiyasının Goranboy rayon təşkilatı tərəfindən Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə tədbir keçirilib. Dahi şəxsiyyətin abidəsini ziyarətlə başlayan tədbir xalq fədaisinə həsr olunan rəsmlərlə tanışlıqla davam edib. Goranboy rayon İcra Hakimiyyəti ilə birgə keçirilən tədbirin rəsmi hissəsi Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevə həsr olunan filmin nümayişi ilə başlayıb. Yeni Azərbaycan Partiyasının yaradıcısı olan ulu öndərin müstəsna xidmətlərindən söz açılıb. Çoxşaxəli fəaliyyəti ilə xalqın qəlbində əbədilik qazanan Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsinin tükənməz ibrət məktəbi olduğu vurğulanıb. Ölkə müstəqilliyin çətin dövlərində yaratdığı YAP-ın bu gün iqtidar partiyası olaraq siyasi gücə çevrildiyinə diqqət çəkilib. Sıralarında yüz minlərlə həmfikri brləşdirdiyi qeyd edilib. Tədbirdə partiya sıralarına qəbul edilən yeni üzvlərə vəsiqələri təqdim olunub. Ardından dahi şəxsiyyət Heydər Əliyevin 100 illik yubileyi münasibətilə yaşıllaşdırma aksiyası keçirilib. Yol kənarlarına Eldar şamı və sərv ağacları əkilib, mövcud yaşıllıqlar suvarılıb. 

rvin Abbaszadə