• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1171
— 20.11.2023 09:25

Hacıqabulda yol qəzasında 6 nəfər xəsarət alıb

KepezTV Player

Bakı-Qazax avtomobil yolunun Hacıqabulun Qarasu kəndi ərazisindən keçən hissəsində “Mersedes”markalı avtomobillə Kamaz markalı yük maşını toqquşub. Hadisə nəticəsində 45 yaşlı Mirzəyeva Əntiqə Novruz qızı, həmyaşıdı Mirzəyev Ramil Oruc oğlu, 42 yaşlı Şıxəliyeva Tərbiyə Elbrus qızı, 14 yaşlı Şıxəliyeva Aylan Anar qızı, 18 yaşlı Şıxəliyev Adil Anar oğlu, 50 yaşlı Səmədova Rəqibə Qəzənfər qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar. Onlar ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar. Faktla bağlı araşdırma aparılır.