KepezTV Player
Astara Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirlər keçiriblər. Rüdəkənar kəndində 4 nəfər rayon sakininin qanunsuz ov etdikləri məlum olub. Onlardan müvafiq sənədləri olmayan 2 ədəd ov tüfəngi, çöl quşlarını havada ovlamaq üçün quraşdırılmış sintetik torlar, ov zamanı istifadə olunan digər alətlər və qanunsuz olaraq ovlanan çöl quşları aşkarlanıb.
Qanunsuz saxlanılan ov silahları aşkarlanaraq götürülüb
Bundan əlavə, şöbə əməkdaşları tərəfindən 20 nəfər rayon sakininindən qanunsuz olaraq saxladıqları ov silahları aşkarlanaraq götürülüb. Faktlar üzrə Astara Rayon Polis Şöbəsində araşdırma aparılır.
- Baxış: 216