KepezTV Player
Mingəçevirdə hepatitə yoluxan şagirdlərin son durumu açıqlanıb. TƏBİB-dən bildirilib ki, 4-ü oğlan, 2-si qız olmaqla 6 nəfər Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Uşaq şöbəsinə müraciət edib. Onlara dəqiqləşdirilməmiş kəskin virus hepatiti diaqnozu qoyulub və zəruri tibbi xidmətlər göstərilib. Onlar 2 nömrəli Kliniki Uşaq Xəstəxanasına təxliyə olunublar və müalicələri davam etdirilir. Müraciət edən azyaşlı xəstələrin 1-nin vəziyyəti ağır, 5-nin isə stabil olaraq qiymətləndirilir.
- Baxış: 256