KepezTV Player
Mingəçevirdə şagirdlər arasında “Hepatit A” virusuna yoluxma aşkarlanıb. Mingəçevir Gigiyena və Epidemiologiya Mərkəzindən bildirilib ki, son bir həftə ərzində Mərkəzi Şəhər Xəstəxanasından 6 şagird barəsində bildiriş vərəqəsi daxil olub. Onlardan 4 nəfərdə "Hepatit A" virusu aşkarlanıb, iki nəfərin yoluxması hələlik təsdiqini tapmayıb. Mərkəzi Aran Regional Təhsil İdarəsinin rəsmi nümayəndəsi Rüstəm Aslanov uşaqların artıq Bakıda xəstəxanaya göndərildiyini qeyd edib. Xalq arasında “sarılıq” deyilən Hepatit A virusu ən çox çirkli sulardan keçir. Yaxşı yuyulmamış tərəvəzdən, hovuz və dəniz suyundan da virusa yoluxma riski daha çoxdur.
- Baxış: 273