KepezTV Player
Noyabrın 21-dən 23-nə kimi Bakıda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin əmək nazirlərinin beşinci konfransı əmək, məşğulluq, sosial müdafiə sahələrində əməkdaşlığın genişlənməsinə öz töhfəsini verəcək. Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov bildirib ki, tədbirdə təşkilata üzv ölkələr sosial sahənin, o cümlədən əmək bazarının inkişaf etdirilməsi, məşğulluq, işsizliyin aradan qaldırılması, yoxsulluğun azaldılması kimi məsələləri müzakirə edəcək. Konfrans eyni zamanda əməkdaşlıq əlaqələrinin genişlənməsinə, bu sahələrdə faydalı məlumat və təcrübə mübadilələrinin aparılmasında mühüm rol oynayır.
- Baxış: 211