"Elm və Təhsil Mərkəzi Təfəkkür Universiteti”nin prorektoru Tariyel Əhmədovun 2011-ci ildə qəsdən öldürülməsi faktı ilə bağlı Dəyanət Quliyevdən əlavə, daha iki nəfər həbs edilib. Baş Prokuroprluqdan verilən məlumata görə, cinayət əməlinin sifariş əsasında törədilməsinə dair sübutlar əldə edilib. Hadisənin baş verdiyi vaxt qeyd olunan təhsil müəssisəsinin rektoru vəzifəsində işləmiş, hazırda isə Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun icraçı direktoru və nstitutun nəzdində İqtisad elmləri sahəsində doktorluq dissertasiya şurasının sədri vəzifəsində çalışan Müşviq Atakişiyevin Tariyel Əhmədovu işgüzar nüfuzuna və rektor vəzifəsində qalmasına maneə kimi qəbul etməsi, bu səbəbdən qisas məqsədilə pul müqabilində onun öldürülməsini öz qohumu Dəyanət Quliyevə sifariş verməsi, sonuncunun isə həmkəndlisi Samir Quliyevlə birgə əməli törətməsinə şübhələr müəyyən edilib. Müşviq Atakişiyev barəsində vəzifədən kənarlaşdırmaqla həbs, Samir Quliyev barəsində isə həbs qətimkan tədbiri seçilib.
- Baxış: 275