• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 754
— 15.11.2023 10:11

Üz dərisinə ev şəraitində qulluq

Mükəmməl üz dərisinə sahib olmaq hər bir qadının arzusudur. Bunun üçün dəriyə qulluğu və təmizliyi nizamlı şəkildə etmək lazımdır. Burda xüsusi hyazırlanmış maskalar üz dərisini möcüzəvi şəkildə şüşə kimi edir. Hazırda belə maskalardan birinin hazırlanma qaydasını izah edəcəyik.

Aygün İsmayılova– stilist, vizajist: “Bu gün mən qadınlarımız üçün, ev şəraitində necə gözəlliklərini goruya bilərlər, bu haqda danışacağıq. Bu gün maskamızı qarğıdalı unu və nişastadan hazırlayacağıq. Bu maska skrab olaraq istifadə edilir. Hazırlanma qaydası xanımlarımız üçün çox asan bir üsüldur:

1 çay qaşığı qarğıdalı unu,1 çay qaşığı da ağ gil götürüb, içinə üzümüzdə yumuşaqlıq olsun deyə, nəmləndirici və su vururuq. Bunların hər birini qarışdırıb, üzü təmiz yuyuruq, nəmləndiririk və üzümüzə vururuq. 1 dəqiqə qalır, sonra qarğıdalı ununu götürürüb, üzə vurduğumuz maskanı bu unun vasitəsi ilə təmizləyirik. Bu, həm də skrabdır, üzü ağardıb, nəmləndirir. Nəticəni də üzü yuduqdan sonra görəcəksiniz. Üzünüzü yuduqdan sonra əl ilə masaj edirmişcəsinə nəmləndirici krem çəkə bilərsiniz”.

Günay Əsgərova 

 

ƏTRAFLI...