• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1109
— 15.11.2023 13:35

Bu gün Konstantin Abramenkonun 100 illik yubileyidir

KepezTV Player

Bu gün ölkəmizdə uşaq futbolunun inkişafında müstəsna xidmətləri olan Konstantin Abramenkonun anadan olmasından 100 il ötür. Əməkdar məşqçi, əməkdar bədən tərbiyəsi və idman işçisi 82 yaşına kimi Gəncədə özünün qurub-yaratdığı “Lokomotiv” meydançasında neçə-neçə gənc nəslin futbolçu kimi yetişməsində böyük əmək sərf edib. Abramenkonun 100 illik yubileyi ilə bağlı “Kəpəz” klubunun futbol akademiyasının rəhbərliyi, məşqçiləri və oyunçuları, əsas və əvəzedici komandaların məşqçi və futbolçu heyəti dahi məşqçinin məzarını ziyarət edib. Klub rəhbərliyinin təşəbbüsü ilə Fəxri Xiyabanda Konstantin Abramenkonun yenilənən məzar daşı önünə tər qərənfillər düzülüb, ruhuna dualar oxunub. Yetirmələri “Kostya dayı” ilə bağlı xatirələrini bölüşərək, müəllimlərini böyük hörmətlə anıblar. Konstantin Abramenkonun dövrünün bacarıqlı, zəhmətkeş məşqçisi olduğu bildirilib. Digər çıxış edənlər onun Azərbaycan futboluna 10-larla güclü oyunçu bəxş etdiyini vurğulayıblar. Abramenkonun qoyduğu ənənənin akademiyada davam etdirilməsinin vacibliyi qeyd edilib.