• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 826
— 15.11.2023 13:23

Qarabağda hidrometeoroloji müşahidə məntəqələri işğal dövründə tamamilə sıradan çıxarılıb

KepezTV Player

Azad olunmuş ərazilərdə yerləşən hidrometeoroloji müşahidə məntəqələrində işğal müddətində müşahidələr dayandırılıb. Müşahidə cihazları da daxil olmaqla bütün infrastruktur sıradan çıxarılıb. Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin sözlərinə görə, hazırda həmin ərazilərdə ekoloji qiymətləndirmə və bərpa işləri davam edir. Çaylarda 11 avtomat hidroloji stansiya, 6 avtomat meteoroloji stansiya quraşdırılıb. Qarşıdakı illər ərzində bu müşahidə şəbəkəsi daha da genişlənəcək. Nazir, həmçinin bildirib ki, yenidənqurma işlərində “yaşıl” texnologiyaların tətbiqi azad olunmuş əraziləri yüksək keyfiyyətli ekoloji mühit və “yaşıl enerji” məkanına çevirəcək.