Gəncə Olimpiya İdman Kompleksində Zəfər Gününə həsr olunmuş MMA-nın qrappling növü üzrə uşaqlar, yeniyetmələr, gənclər və böyüklər arasında açıq şəhər birinciliyi keçirilib. Respublikanın bir çox bölgələrindən idmançıların iştirak etdiyi yarışda 150 döyüşçü qüvvəsini sınayıb. Birincilik Olimpiya sistemi üzrə təşkil olunub. Yarışın qalibləri dekabr ayında keçiriləcək Respublika birinciliyində iştirak etmək hüququ qazanıblar.
Səbuhi Məmmədov- baş məşqçi: “Dekabr ayında Bakıda Respublika Kuboku təşkil olunacaq. Bizim idmançılardan ən güclüləri təyin edib, respublika kubokunda çıxışlarını təmin etməkdir. Yarışımız yaxşı, maraqlı keçir. Kütlə çoxdur. Günü-gündən bu idmana - Qrepplinq idman növünə maraq çoxalır. Ümidlərimizi doğruldurlar. İnşallah, daha yaxşı çıxış edəcəklər. Bunun üzərində çalışırıq”.
Nilgün Hüseynova- idmançı: “Şəmkirliyəm. Mən bir çox yarışlarda iştirak etmişəm. Bu yarışda da mən birinci yerə çıxmışam. Dünya çempionu olmağı arzulayıram. Mən bu idmanı çox sevirəm”.
Raul Məmmədov- idmançı: “Gəncədə yaşayıram. Bu yarışa 12-13 yaş arası 50-kq çəki dərəcəsində qatılmışam. İstəyirəm ki, bu yarışda qalib gələm, çempion olam. Gələcəkdə də bu idmanı davam eləmək istəyirəm”.
Ramin Paşayev
- Baxış: 215