KepezTV Player
Növbəti ilin dövlət büdcəsi və sonrakı 3 il büdcə çərçivəsi də azad edilmiş ərazilərin bərpası üçün əhəmiyyətli maliyyə təminatının yaradılmasını nəzərdə tutur. Bunu, Milli Məclisin bu gün keçirilən iclasında dövlət büdcəsinin müzakirəsi zaman maliyyə naziri Samir Şərifov deyib. O qeyd edib ki, müdafiə və milli təhlükəsizliyin gücləndirilməsi də dövlət büdcəsində prioritet istiqamətlər olaraq qəbul edilib. Nazir əlavə edib ki, indiyə qədər azad olunmuş ərazilərin bərpasına ümumilikdə 11 milyard manat vəsait xərclənib. Cari ilin sonuna isə bu vəsaitin 12 milyard manata çatması gözlənilir.
- Baxış: 314