Gəncə Olimpiya İdman Kompleksində taekvondo üzrə uşaqlar, yeniyetmələr, gənclər və böyüklər arasında şəhər birinliyi keçirilib. Yarışda Gəncə idmançıları ilə bərabər, Göygöl və Samux taekvondoçuları da qüvvələrini sınayıblar. Olimpiya sistemi üzrə təşkil olunan birincilikdə 80 idmançı mükafatlar uğrunda mübarizə aparıb. Yarışın qalibləri dekabr ayında Bakıda keçiriləcək Respublika birinciliyində iştirak etmək hüququ qazanırlar.
Vüqar Məmmədov- baş məşqçi: “Yeni qaydalarla yarış keçilir. Bildiyiniz kimi, Taekvondo Federasiyasının qərarı ilə yeniyetmələr arasında yeni qaydalar tətbiq olunub. Ona görə də biz bu yarışı yeni qaydalar üzrə keçiririk. Son vaxtlar taekvondoya yüksək səviyyədə maraq artıbdır. Taekvondoçularımız son yarışlarda yüksək nəticələr veriblər. O cümlədən, Gəncədən bir yeniyetmə uşağımız Avropa üçüncüsü oldu. Biz ümid edirik ki, yığma komandanın tərkibində taekvondoçularımız yüksək səviyyəli nəticələr nümayiş etdirəcəklər”.
Həsən Süleymanov- Avropa çempionu: “Bu yarışda 45 kq çəki dərəcəsində iştirak edirəm. Mən 44 kq çəki dərəcəsində Avropada 1-ci yerə çıxmışam. Bu yarışda çıxış etməyimə əsas məqsəd yeni uğurlar əldə etmək, yeni qaydaları öyrənmək və daha böyük yarışlarda uğurlar əldə etməkdir”.
Ramin Paşaye
- Baxış: 385