Ölkənin ən güclü güləşçiləri sırasında şübhəsiz ki, qərb regionunun şəhər və rayonlarından olan pəhləvanlar üstünlük təşkil edir. Ancaq bu bölgədə bəzi yerlərdə məşq bölmələri fəaliyyət göstərmir. Buna Gədəbəy və Naftalanı nümunə göstərmək olar. Cari ildən strateji inkişaf planı hazırlayan federasiya bu cür problemləri həll edərək ucqar rayonlarda da zallar açmaqla azyaşlıların güləşlə məşğul olmasına şərait yaratmaq niyyətindədir.
Federasiyanın planlarına eyni zamanda qərb bölgəsində güləş mərkəzləri yaratmaq da daxildir.
Ölkədə güləşin inkişafına cavabdeh olan qurum cari il uzun aradan sonra bölgələrdə məşqçilər üçün seminarlar təşkil edib. Federasiya tərəfindən bir neçə ildir keçirilməyən ənənəvi yarışların yenidən bərpa edilməsi də nəzərdə tutulur.
Orxan Cəfərzadə
- Baxış: 290