Qarabağın erməniəsilli sakinləri hələ Azərbaycan vətəndaşlığı üçün müraciət etmədikləri üçün Azərbaycan vətəndaşları sayıla bilməzlər. Onların əksəriyyətinin artıq Ermənistan pasportları var. Azərbaycan vətəndaşlığı üçün müraciət edən mindən az adam qalıb. Bunu Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi, səfir Elçin Əmirbəyov İtaliyanın “In Terris” analitik-xəbər portalına müsahibəsində deyib. Elçin Əmirbəyov qeyd edib ki, Ermənistan Zəngəzur dəhlizi ilə bağlı artıq öz üzərinə götürdüyü öhdəliyini yerinə yetirməsə, mahiyyət etibarilə alternativ variant mövcuddur. Belə ki, Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə İran ərazisindən keçəcək dəmir yolu və avtomobil yolu ilə birləşdirəcək layihə qısa zamanda reallaşdırılacaq. Ermənistan isə indiyə qədər regionda necə dalan ünvanı olmuşdusa, elə də qalacaq və bu, ermənilərin özlərinin seçimi olacaq.
- Baxış: 212