KepezTV Player
Astara rayonunun Kakalos kəndində qətl hadisəsi baş verib. Təqaüddə olan tibb bacısı, 1946-cı il təvəllüdlü Məmmədova Zeynəb Əziz qızı evində qətlə yetirilib. Cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür. Faktla bağlı araşdırma aparılır.
- Baxış: 265