KepezTV Player
Heydər Əliyev adına Hərbi İnstitutda Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün vəfatının 85-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib. Vurğulanıb ki, Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” və Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” ideyaları Azərbaycan-Türkiyə münasibətlərinin əsas prinsipidir və hər iki dövlətin bir-birinə olan qardaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edir.
- Baxış: 212