
Üçrəngli bayrağımız dövlət müstəqilliyinin, tarixinin və mənəvi dünyasının rəmzidir.
Mehparə Qasımova-Göygöl rayon Qızılca kənd tam orta məktəbinin direktoru: ”Azərbaycan bayrağı dövlətçiliyimizin,müstəqilliyimizin rəmzidir.Məhz bu baxımdan xalqımızın suverenliyi, azadlığı və milli kimliyini tərənnüm edən üçrəngli bayrağımız həmdə bizim milli qürurumuzdur”.
Bəxşaliyeva Fəridə-Göygöl rayon Qızılca kənd tam orta məktəbinin direktor müavini: “Hər bir xalqın, dövlətin müstəqilliyi və suverenliyi onun dövlət rəmzləri ilə ifadə olunur. İlk dəfədir ki məktəbimizdə yüksək səviyyədə sərgi təşkil olunur. Məktəbimizin şagirdlərinin də əməyi bu sərgidə az deyil. 9-cu sinif şagirdləri Ramilə, Səkinə və 11-ci sinif şagirdi Humayın əl işlərini xüsusi vurğulamaq istərəm”.
Bayrağımız eşidilən səsimiz, duyulan nəfəsimizdir. Bizim bayrağımız bizim qürur mənbəyimizdir.
Əliyeva Leyla
- Baxış: 39