• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1489
— 09.11.2023 16:05

Dövlət Bayrağı Günü münasibətilə konsert keçirilib

KepezTV Player

Gəncə Şəhər İcra Hakimiyyətinin və Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının birgə təşkilatçılığı ilə Dövlət Bayrağı Günü münasibətilə konsert proqramı keçirilib. Rəsmi hissədə baş tutan çıxışlarda, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və Rəşadətli Ordumuzun gücü ilə şanlı bayrağımızın bütün Qarabağda dalğalandığı vurğulanıb. Konsert proqramında Azərbaycanın xalq və bəstəkar mahnıları ifa olunub, təsniflər səsləndirilib. Bir-birindən maraqlı musiqilər və rəqslər tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.

Pərvin Abbaszadə