KepezTV Player
14 yük avtomobilindən ibarət yardım karvan bu gün Ukraynaya çatıb. Bu barədə Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev "X" hesabında paylaşım edib. Karvanda Azərbaycan Prezidentinin Sərəncamına uyğun olaraq Azərbaycan Energetika Nazirliyinin Ukrayna üçün aldığı 7,6 milyon dollar dəyərində elektrik avadanlıqlarının birinci hissəsi olub. Azərbaycanın Ukraynadakı səfirliyi humanitar yardımı Ukrayna hakimiyyətinə təhvil verib.
- Baxış: 224