• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1095
— 09.11.2023 13:56

Qarabağ” bu gün “Bayer 04”ü qəbul edəcək

KepezTV Player

UEFA Avropa Liqasının qrup mərhələsində bu gün IV turun oyunları keçiriləcək. Azərbaycanın turnirdəki təmsilçisi “Qarabağ” növbəti matçına çıxacaq. H qrupunda yer alan Ağdam təmsilçisi Almaniyanın “Bayer 04” klubu ilə üz-üzə gələcək. Qurban Qurbanovun yetirmələri ötən turda səfərdə 1:5 hesabı ilə məğlub olduqları Leverkuzen komandasını Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edəcəklər. Hazırda “Bayer” 9 xalla qrupa liderlik edir, “Qarabağ” isə 6 xalla ikinci pillədə qərarlaşıb. Qrupun digər görüşündə “Hekken”lə - “Molde” üz-üzə gələcək.

Yeri gəlmişkən, “Qarabağ”ın “Bayer 04”lə oyununa 30 000 bilet satılıb. Bu, bugünkü qarşılaşma üçün satışa çıxarılan bütün biletlərdir. Bu isə o deməkdir ki, stadionda tribunalar tam dolu olacaq.