Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana səfəri çərçivəsində Daşkənddə bu ölkənin Prezidenti Şavkat Mirziyoyev ilə görüşü olub.
Prezident İlham Əliyevin Pakistanın Keçid Hökumətinin Baş naziri ilə görüşüb
Prezident İlham Əliyev Pakistanın Keçid Hökumətinin Baş naziri Ənvər-ul-Xak Kakar ilə görüşüb. Görüşdə Azərbaycan ilə Pakistan arasında əlaqələrin mövcud vəziyyətindən məmnunluq ifadə olunub. Pakistanın Baş naziri Azərbaycanı antiterror tədbirlərinin uğurla başa çatması və Azərbaycanın suverenliyinin tam şəkildə təmin olunması münasibətilə təbriklərini çatdırıb. Pakistanın həmişə Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəklədiyini vurğulayıb. Dövlətimizin başçısı Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam edən işğalı dövründə, həmçinin 44 günlük Vətən müharibəsində Pakistanın ölkəmizə göstərdiyi siyasi-diplomatik dəstəyini və Ermənistanın işğalçı dövlət kimi tanımasını yüksək qiymətləndirib. Prezident İlham Əliyev Azərbaycanın Cəmmu və Kəşmir məsələsində BMT Təhlükəsizlik Şurasının müvafiq qərarlarını rəhbər tutaraq haqq-ədalətin tərəfdarı olduğunu diqqətə çatdırıb.
İqtisadi Əməkdaşlıq Təşkilatının 16-cı Zirvə toplantısı keçirilir
Daşkənddə İqtisadi Əməkdaşlıq Təşkilatının 16-cı Zirvə toplantısı keçirilir. Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edir.
- Baxış: 145