• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1433
— 08.11.2023 16:44

Yunan-Roma güləşi üzrə şəhər birinciliyi keçirilib

KepezTV Player

Gəncədə yunan-Roma güləşi üzrə uşaqlar və yeniyetmələr arasında şəhər birinciliyi keçirilib. Zəfər Gününə həsr olunmuş ənənəvi yarışın açılış mərasimində Gəncə güləşçilərinin uğurlarından söz açılıb. Dünya və Avropa çempionatlarında, beynəlxalq turnirlərdə yüksək nailiyyətlərin əldə edildiyi vurğulanıb. Potensiallı idmançılar və bacarıqlı məşqçilərin sayəsində hər ötən il nəticələrin daha da yaxşılaşdığı qeyd edilib. Rəsmi hissədən sonra meydan idmançılara verilib. Yarış, qarşıdan gələn Respublika əhəmiyyətli birinciliklərə, eləcə də beynəlxalq səviyyəli turnirlərə hazırlıq məqsədi daşıyıb. Yarışın sonunda qalib idmançılara Gəncə-Daşkəsən Regional Gənclər və İdman Baş İdarəsi tərəfindən medallar və diplomlar təqdim edilib. 

Əli Məmmədov- güləşçi: “Mən, bu yarışda 29 kq çəki dərəcəsində güləşirəm. Mən, qələbəmi şəhidlərimizə və qazilərimizə həsr edirəm”.

Xədicəxanım Talibova- güləşçi: “52 kq çəki dərəcəsində bu yarışda mübarizə apardım və qalib oldum. Çox sevinirəm ki, bu yarışlar hər il keçirilir və mənim ən böyük arzum odur ki, dünya, Avropa çempionatında bayrağımızı yüksəldim”.

Mehman Allahverdiyev- Əməkdar məşqçi: “Zəfər Günüylə bağlı yunan-Roma güləşi üzrə azyaşlılar arasında açıq birincilik keçirdik. Birinciliyə 140- a yaxın idmançı qatılıbdır. Onlardan regionumuzun 5 rayonundan - Daşkəsən, Naftalan, Tovuz, Şəmkir, Gəncə idmançıları bu yarışda iştirak edir. Yaş qrupuna görə yaxşı idmançılarımız var. Yəqin ki, Azərbaycan birinciliyində regionumuzu yüksək səviyyədə təmsil edəcəklər”.

Pərvin Abbaszadə