• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 986
— 08.11.2023 15:36

Zəfər Günü münasibətilə hərbi qulluqçuların yürüşləri təşkil olunub

KepezTV Player

8 Noyabr - Zəfər Günü ilə əlaqədar Gəncə ilə yanaşı, paytaxtın müxtəlif küçə və prospektlərində, Bərdə, Füzuli, Laçın şəhərlərində və Zəngilan rayonunda müəyyən edilən marşrutlar üzrə hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri təşkil olunub. Yürüşlərdə hərbi orkestrlərin ifasında hərbi vətənpərvərlik mahnıları, eləcə də marşlar səsləndirilib. Keçirilən hərbi yürüşlər vətəndaşlarımız tərəfindən böyük maraqla qarşılanıb.