• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 935
— 08.11.2023 15:26

Zəfər Günü böyük coşqu ilə qeyd edilib

KepezTV Player

Naftalanda Zəfər Gününə həsr olunan konsert proqramı təşkil olunub. Heydər Əliyev parkındakı konserti şəhər rəsmiləri ilə yanaşı yerli və xarici turistlər də izləyib. Özündə vətənpərvərlik mövzusunu əks etdirən rəsm və əl işlərindən ibarət “Tarixi Zəfərimiz” adlı sərgi nümayiş olunub. Mədəniyyət və incəsənət xadimlərinin vətənpərvərlik mövzusunda ifaları ilə müşayiət olunan konsert tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Tədbirdə çıxış edənlər bayram münasibətilə sakinləri təbrik edərək qələbəyə Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasəti və rəhbərliyi ilə Rəşadətli Ordumuzun və Xalqımızın birliyi nəticəsində nail olunduğunu vurğulayıblar. Tədbir Naftalan Şəhər İcra Hakimiyyətinin və Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə keçirilib.