• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1178
— 08.11.2023 15:19

Badminton üzrə şəhər birinciliyi keçirilib

KepezTV Player

İdmanın badminton növü üzrə də Gəncə şəhər birinciliyi keçirilib. Yarış Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin və 1 nömrəli Uşaq Gənclər İdman Şahmat məktəbinin birgə təşkilatçılığı ilə baş tutub. Zəfər Gününə həsr olun mübarizədə 2009-2010, 2011-2012, 2013- cü il təvəllüdlü və daha kiçik yaşlı yeniyetmələr və uşaqlar iştirak ediblər. Birincilikdə 100-dən artıq yeniyetmə qız və oğlan idmançılar mübarizə aparıblar. Sonda qaliblər Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallarla təltif olunublar.

Aişə Rzayeva