• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1092
— 08.11.2023 13:18

Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycanın Zəfər Gününü təbrik edib

KepezTV Player

Türkiyənin Milli Müdafiə Nazirliyi 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan dövləti və xalqını təbrik edib. "Azərbaycan türkü qardaşlarımızı təbrik edir, salamlayırıq", - təbrikdə bildirilib. Nazirliyin təbrik mətnində həmçinin Azərbaycan Dövlət himnindən bir hissəyə də yer verilib: "Sən olasan Gülüstan, Sənə hər an can qurban, Sənə min bir məhəbbət, sinəmdə tutumuş məkan. Üç rənrli bayrağınla məsud yaşa, Azərbaycan", deyə paylaşımda qeyd edilib.

TDT Zəfər Günü münasibətilə Azərbaycanı təbrik edib

Türk Dövlətləri Təşkilatı da Zəfər Günü ilə bağlı paylaşım edib. “Qardaş Azərbaycan xalqını, Silahlı Qüvvələrini və Azərbaycan hökumətini Zəfər Günü münasibətilə ürəkdən təbrik edirik. Bu Qələbə nəinki Azərbaycan Respublikasının ərazi bütövlüyünü, həm də tarixi ədaləti bərpa etdi”, - deyə paylaşımda qeyd edilib.

Özbəkistan səfiri Azərbaycan xalqını təbrik edib

Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov da 8 Noyabr - Zəfər Günü münasibəti ilə Azərbaycan xalqına firəvanlıq, davamlı tərəqqi və rifah arzulayıb.