• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1443
— 07.11.2023 16:23

Həndbolçuların birinciliyi keçirilib

KepezTV Player

Gəncədə həndbol üzrə birincilik keçirilib. Zəfər Günününə həsr olunan yarış 2010-2012-ci il təvəllüdlü oğlanlar arasında təşkil olunub. Azərbaycan Texnologiya Universitetinin idman zalında qollarına güc verən həndbolçular dairəvi sistem üzrə mübarizə aparıblar. 1 saylı Uşaq Gənclər Şahmat İdman Məktəbi tərəfindən təşkil edilən birincilikdə Gəncənin 3 komandası və Göygöl kollektivi qüvvəsini sınayıb. 

Məhəddin Sevdiməli- həndbolçu: “1 ildən artıqdır ki, həndbol ilə məşğul oluram. Mən bu idman növünü çox sevirəm. Uşaqlara bu idman növü ilə məşğul olmağı tövsiyə edirəm. Bu yarış çox maraqlı keçdi. Çalışırıq ki, birinci yerə çıxaq”.

Könül Hümbətova- 1 saylı UGŞİM-in məşqçisi: “Bugünkü idman tədbirinin keçirilməsində məqsəd həndbol idman növünün inkişaf səviyyəsinin artırılması, kütləviliyə nail olunmasıdır. Bu idman növünü inkişaf elətdirmək üçün biz müxtəlif məktəblərin şagirdləri ilə işləyirik, çalışırıq. Həmin məktəblərdən şagirdləri həndbol idman növünə cəlb edirik. Gördüyünüz kimi, bu zalda uşaqlara məşq keçirik. Bu məşqlərin nəticəsində daha böyük nailiyyətlər əldə edəcəyik”. 

Ramin Paşayev