• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 931
— 07.11.2023 13:16

XİN: "Bölgədə sülh və sabitlik üçün geniş imkanlar mövcuddur"

KepezTV Player

Erməni silahlı birləşmələrinin və Ermənistanın ərazilərimizdə yaratdığı qondarma rejimin mövcudluğuna son qoyulduqdan sonra, bölgədə sülh və sabitlik üçün geniş imkanlar mövcuddur. 
Bu münbit şəraitin fonunda, Azərbaycan iki ölkə arasında münasibətlərin normallaşması, habelə Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiya prosesinə sadiq qalaraq, Ermənistanı sülh prosesində konstruktiv və ədalətli mövqe nümayiş etdirməyə, bölgədəki reallıqları düzgün anlamağa çağırır. Bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin 8 Noyabr - Zəfər Günü münasibətilə yaydığı bəyanatda əksini tapıb. Qeyd olunub ki, Ermənistan tərəfi bölgədə sülh və əməkdaşlığın alternativinin olmadığını nəhayət başa düşməlidir.