KepezTV Player
Goranboyun Qızılhacılı qəsəbəsində evə daxil olan 2 maskalı şəxs bıçaqla ev sahibi və onun həyat yoldaşına xəsarətlər yetirərək hadisə yerindən 2000 manat, 5380 ABŞ dolları və 5 adda müxtəlif qızıl-zinət əşyaları ələ keçirərək qaçıb.
Polis cinayəti törətməkdə şübhəli bilinən Goranboy sakinləri - 1999-cu il təvəllüdlü Ümid Məmmədov və 1997-ci il təvəllüdlü Samir Hüseynovu saxlayıb. Cinayətdə istifadə olunan bıçaq, ələ keçirilmiş pul və qızıl əşyaları maddi sübut kimi götürülüb.
Faktla bağlı Goranboy Rayon Polis Şöbəsində cinayət işi başlanıb.
Turqan Aliyev
- Baxış: 309