• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1460
— 06.11.2023 15:05

Yazıçılara üzvlük vəsiqələri verilib

KepezTV Player

Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsində Zəfər bayramı münasibətilə tədbir keçirilib. Tarixə qızıl hərflərlə yazılan Vətən müharibəsindən söz açılıb, əzəli torpaqlarımızın işğaldan azad edilməsinin yaşatdığı qürurdan danışılıb. Son 3 ildə yazarların bu mövzuya daha çox müraciət etdikləri vurğulanıb. Tədbirdə Gəncədən Azərbaycan Yazıçılar Birliyinə üzvlüyə qəbul olunan şair və yazıçılara vəsiqələri təqdim edilib.

Səlim Babullaoğlu- AYB-nin katibi: “Gəncə həmişə Azərbaycanın mədəniyyət paytaxtlarından biri olub. Hətta Azərbaycan mədəniyyətinin döyünən ürəklərindən biri olub, bu gün də belədir. Gəncədən xeyli yazıçımız, şairimiz, tərcüməçimiz, çalışır yazır. Ölkənin ədəbi mətbuatında çap olunur. Azərbaycan Yazıçılar Birliyinin sıraları da Gəncəli ədiblərin hesabına genişlənir”.

Zahir Şirani- şair: “Mən artıq peşəkar ədəbiyyatda 42 ildir ki, fəaliyyət göstərirəm. İlk yazımın çapından 41 il keçibdir. Bu gün mənə də Yazıçılar Birliyinin vəsiəqəsi təqdim olunubdur”.

Elnur Rzayev